Технологии Blogger.

HAQQIMDA

    Mən, İsgəndərova Yeganə Əvəz qızı 2001-ci ildə Gəncə Dövlət Universitetinin  Filologiya fakultəsini bitirərək  Azərbaycan dili və Ədəbiyyat müəllimi ixtisasına yiyələnmişəm. 2004-cü ildə Gəncə Dövlət Universitetinin Magistraturasının “Xarici ölkə xalqları ədəbiyyatı” fakultəsini fərqlənmə diplomu ilə bitirərək magistr adı almışam. Göygöl rayonu L.Məhərrəmov adına Şəhriyar kənd  tam orta məktəbində müəllim kimi  fəaliyyət göstərirəm.
    Fəaliyyətim müddətində bütün ruhum və varlığımla dilimə, bu dilidə yazılmış söz sənətimə bağlı olmuşam. Bu doğmalıqda bir fənni tədris etmək böyük məsuliyyət tələb edir. 
     Bizim fənnimiz həm milli, həm də ümumbəşəridir. Bu baxımdan istər dil, istərsə də, ədəbiyyatımız milli və ümumbəşəri dəyərləri, şagirdlərin fərdi xüsusiyyətlərini nəzərə almaqla, əlverişli təlim şəraitinin yaratmaqla, tələbyönümlü, nəticəyönümlü, şagirdyönümlü, inteqrativ şəkildə tədris olunmalıdır. Bu prinsipləri nəzərə alan müəllim qarşısına müəyyən vəzifələr qoymalıdır. 

Şagirdlərinin idraki, informativ-kommunikativ fəaliyyət göstərməsini, onlarda düşünmə, emosional və hərəki bacarıqların formalaşmasını əsas götürən müəllim həmin vəzifələri həyata keçirmək üçün müəyyən vasitələr müəyyənləşdirməlidir. Bu vasitələr müəllimin öz vəzifəsinin öhtəsindən layiqincə gəlməsi üçün açar rolunu oynayacaqdır.


   Vasitələr içərisində ən mühümü İKT-dir. Çünki bu gün İKT-siz cəmiyyət ağılasığmazdır. Bölgələrdə mərkəzlə birbaşa təmas qurmaqda çətinliklər yarandıqda bu vasitə əvəzsiz rol oynayır. Həyat çox sürətlə inkişaf edir. Texnika əsrində şagirdlərə ayaq uydurmağın yeganə yolu onlardan bir addım öndə olmaqdır. 






Təhsil sistemimizin inkişaf tempi göz qabağınadadır. Bu templə ayaqlaşmaqda çətinlik çəkməmək üçün mən Azərbaycan Respublikası Təhsil Nazirliyi “Mədəd” təşkilatı tərəfindən “İKT-nin təhsilə tətbiqi üzrə Müəllimlərin Peşəkarlıq Səviyyəsinin Təkmilləşdirilməsi” təlimindən sonra İKT üzrə axtarışlar geniş vüsət almağa başlamışdır.  Bundan sonra mən Azərbaycan Respublikası Təhsil Nazirliyi nəzdində Təhsil sisteminin informasiyalaşdırılması idarəsi və “Mədəd” təşkilatı tərəfindən keçirilən “Gələcək üçün Təhsil” təlimi üzrə İntel kursunu bitirmiş və texnoloji biliklərimə yenilərini əlavə etmişəm. 
MİMİO İnteraktiv lövhə Texnologiyaları ilə tədris maraq dairəmi cəlb etdiyi üçün mən paytaxta gələrək onun dərinliklərini mənimsədim. Təlimlərdə xüsusi fəallığım ilə seçildiyimdən diqqəti cəlb etməyi bacardım. Rayonumuzda bu lövhə ilə iş üzrə xoşməramlı təlimçi seçildim. Uzun müddətdir ki, bu lövhənin rayonumuza gətirilməsi üçün çalışıram.

Azərbaycan dili və ədəbiyyat fənn kurikulumu ilə tanışlıqdan sonra mən bu kurikulumların təbliği barədə düşünməyə başladım. Öncə müdavim kimi kursda iştirak edərək biliklərimi möhkəmləndirdim.  Sonra məqsədimə bir addım daha yaxınlaşmaq üçün Bakı Avropa liseyinde “Unisef” tərəfindən təşkil olunmuş Azərbaycan dili və Ədəbiyyatı  fənn kurikulumunun tətbiqi üzrə təlimçilər üçün təlim kursunu və “Öyrədənlərin öyrədəni”təlim  kurslarını bitirərək  “Təlimçi” statusu aldım.  XXI əsr Beynəlxalq  Təhsil və İnnovasiya Mərkəzi tərəfindən təlimçilik təklifi dəyərləndirdikdən sonra təlimçi kimi fəaliyyət göstərirəm.


Şagirdlərimin mənə ünvanladığı suallara anındaca cavab vermək üçün öz üzərimdə daim işləyirəm. Hər gün şagirdlərimlə birgə yeni nə isə öyrənir, nailiyyətlərimi artırıram. Bu məqsədlə yeniliklərlə bağlı bütün seminarlarda iştirak edirəm. “İnsan Alveri: Təhlükələr və Qabaqlayıcı Təşəbbüslər” üzrə təlim kursunu bitirmişəm. Şagirdlərimlə bu həyati təhlükə daşıyan problem barədə dəyirmi masa keçirmişəm.


Mənim üçün sosial bacarıqlara yiyələnmək böyük uğurdur. Belə düşünürəm ki, müəllim daim cəmiyyətdə aparıcı qüvvə olduğundan dövlət strukturunun bütün təbəqələrində təmsil olunduğundan ictimaiyyətlə bağlı bütün yığıncaqlarda iştirak etməlidir. 2011-ci ilin may ayında Bələdiyyə və Təhsil mövzusunda keçirilən treninqdə iştirak etdikdən sonra mənim sosial sferadakı fəaliyyətim daha da inkişaf etdi. 

 
Təhsil islahatının vacib tərkib hissələrindən biri də valideynlərin məktəb həyatında rolunu artırmaqdır. 2010-cu ildə  “Unicef”-in dəstəyi ilə “Valideyn-Müəllim-Şagird əməkdaşlığını təsis etmək və Azərbaycan məktəblərində VMA-ları inkişaf etdirməklə uşaqlar üçün yararlı məktəbin inkişafına yardım etmək” layihəsi əsasında “QNT menecmenti və liderlik İnkişaf Proqramı”nın təlim kursunda iştirak etmişəm. VMA-ların işi üzrə fəallığımı nəzərə alan rəhbərlik  “Azərbaycan, Gürcüstan, Moldova və Polşada Valideyn-Müəllim hərakatının inkişafı üçün təcrübə mübadiləsi formalaşması” üzrə konfransda iştirakıma qərar vermişdir. Nailiyyətlərim rayon səviyyəsində təltifə layiq görülmüşd


0 коммент.:

Отправить комментарий