Технологии Blogger.

суббота, 8 февраля 2014 г.

Ali təhsil müddəti azaldıla bilər...


Yenilik barədə “Axar.az”a Təhsil Problemləri İnstitutunun elmi katibi,  professor Akif Abbasov məlumat verib. Onun sözlərinə görə, ölkəmizdə ilk dəfə tətbiq ediləcək yeni sistemin öyrənilməsi üçün dünya təcrübəsi və elmi müəssisələrin potensialı araşdırılıb:

“Son illərdə ali məktəblərdə pedaqoji təcrübəyə ayrılan dərs saatları azaldılıb. Belə olan halda pedaqoji internaturaya təlabat meydana çıxır. Pedaqoji internatura – ali pedaqoji təhsil müəssisələrinin nəzəri biliklərinin və praktik vərdişlərinin təkmilləşdirilməsi, müəllimlik peşəsi üzrə internlərin müstəqil  fəaliyyətə hazırlanması səviyyəsinin yüksəldilməsi məqsədilə diplomdansonrakı peşə təhsilidir. İnkişaf etmiş xarici ölkələrdə pedaqoji təhsili olan insanların müəllimlik fəaliyyətinə başlaması üçün onlar internaturadan keçərək müəllim işləmək üçün lisenziya alırlar. Bizdə də bu sistemin tətbiq edilməsi nəzərdə tutulur”.
Qeyd edək ki, Dünya Bankı ilə Təhsil Nazirliyinin birgə sifarişi ilə Təhsil Problemləri İnstitutunda pedaqoji internatura sistemin yaradılması ilə bağlı tədqiqat aparılıb. Tədqiqata rəhbərlik edən A.Abbasovun sözlərinə görə, pedaqoji internatura təhsilinin müddətinin 1 il olması nəzərdə tutulur.Hazırkisistemlə ali təhsil alan tələbələrin əlavə 1 və ya 2 il internaturaya cəlb olunması təhsil müddətinin 7-8 ilədək uzanmasına gətirib çıxara bilər. Bu isə müəllim hazırlığı üçün çox uzun vaxtdır. Ona görə də mən təklif edirəm ki, yeni sistemin tətbiq edilməsi üçün ali təhsil müddəti azaldılsın. Yəni, bakalavr təhsili 3 il, magistratura 1 il və internatura da 1 il olsun. Bu halda 5 ilə tam ixtisaslı müəllimlərin hazırlanması və işə cəlb edilməsinə nail olmaq olar”.

0 коммент.:

Отправить комментарий