Технологии Blogger.

суббота, 1 февраля 2014 г.

                                                        Azərbaycan Respublikası Nazirlər Kabinetinin 
                                                                                           2013-cü il 24 dekabr tarixli 
                                                                                          348 nömrəli qərarı ilə təsdiq edilib 

Ali təhsil müəssisələrinin bakalavriat və magistratura səviyyələrində kredit sistemi ilə tədrisin təşkili 
QAYDALARI

1. Ümumi müddəalar

1.1. Bu Qaydalar "Təhsil haqqında" Azərbaycan Respublikasının Qanununa, Azərbaycan Respublikası
Prezidentinin 2009-cu il 22 may tarixli 295 nömrəli Sərəncamı ilə təsdiq edilmiş "2009-2013-cü illərdə Azərbaycan
Respublikasının ali təhsil sistemində islahatlar üzrə Dövlət Proqramı"nın həyata keçirilməsi üzrə Tədbirlər Planına,
Azərbaycan Respublikası Nazirlər Kabinetinin müvafiq qərarları ilə təsdiq edilmiş "Ali təhsil pilləsinin dövlət standartı və
proqramı"na, "Bakalavriat təhsilinin məzmunu və təşkili Qaydaları"na, "Magistratura təhsilinin məzmunu, təşkili və
"magistr" dərəcələrinin verilməsi Qaydaları"na və Avropa Kredit Transfer Sisteminə uyğun olaraq hazırlanmışdır.
1.2. Bu Qaydalar tabeliyindən, mülkiyyət növündən və təşkilati-hüquqi formasından asılı olmayaraq, Azərbaycan
Respublikasının ərazisində fəaliyyət göstərən bütün ali təhsil müəssisələrinə şamil edilir.
1.3. Kredit sistemi əsasında təşkil olunmuş tədris prosesinin xüsusiyyətləri aşağıdakılardan ibarətdir:
1.3.1. hər bir təhsilalanın (bundan sonra - tələbənin) fərdi tədris planının olması və onların bu planın tərtib
edilməsində iştirak etməsi;
1.3.2. ali təhsil müəssisəsinin tədris planlarına uyğun olaraq, tədris fənlərinin, semestrlər üzrə kreditlərin
miqdarının, təhsilverənlərin və akademik məsləhətçilərin (tyutorların) seçiminin sərbəstliyinin təmin edilməsi;
1.3.3. təhsil prosesinə akademik məsləhətçilərin (tyutorların) cəlb olunması;
1.3.4. tələbəyə sərbəst iş üçün şəraitin yaradılması;
1.3.5. biliyin qiymətləndirilməsində çoxballı sistemin tətbiq edilməsi;
1.3.6. hər semestrdə tədris qruplarının fənlər üzrə formalaşdırılması;
1.3.7. hər bir fənn üzrə ayrıca jurnalın tərtib edilməsi;
1.3.8. tələbə və təhsilverənlərin mobilliyinin təmin olunması;
1.3.9. təhsilalma müddətinin tələbənin nailiyyətindən asılı olması (xüsusi təyinatlı ali təhsil müəssisələri istisna
olmaqla);
1.3.10. fakültələrin, kafedraların, ixtisasların, fənlərin, müəllimlərin və tələbələrin kodlaşdırılması.
1.4. Ali təhsil müəssisəsi tələbələri kredit sisteminin təşkili qaydaları ilə tanış etməli və təhsil müddətində tələbəyə
tədris planında nəzərdə tutulmuş krediti qazanmasına şərait yaratmalıdır.
1.5. Ali təhsil müəssisələrində kredit sistemi ilə tədrisin təşkili müvafiq qurumlar (tədris hissəsi, qeydiyyat,
qiymətləndirmə, monitorinq bölmələri) tərəfindən tənzimlənir.
1.6. Bu Qaydalar ali təhsilin əyani və qiyabi təhsilalma formalarına şamil edilir.
1.7. Bu Qaydaların icrası ilə bağlı tələb olunan xərclərin maliyyələşdirilməsi dövlət sifarişi ilə təhsil alan tələbələrə
görə ali təhsil müəssisələrinə dövlət büdcəsindən ayrılan vəsaitlər, habelə həmin müəssisələr tərəfindən ödənişli
təhsildən, sahibkarlıq fəaliyyətindən və qanunvericiliyə uyğun olaraq həyata keçirilən digər fəaliyyətlərdən əldə olunan
vəsaitlər hesabına təmin edilir.

0 коммент.:

Отправить комментарий