Технологии Blogger.

суббота, 8 февраля 2014 г.

Ali təhsil müddəti azaldıla bilər...


Yenilik barədə “Axar.az”a Təhsil Problemləri İnstitutunun elmi katibi,  professor Akif Abbasov məlumat verib. Onun sözlərinə görə, ölkəmizdə ilk dəfə tətbiq ediləcək yeni sistemin öyrənilməsi üçün dünya təcrübəsi və elmi müəssisələrin potensialı araşdırılıb:

“Son illərdə ali məktəblərdə pedaqoji təcrübəyə ayrılan dərs saatları azaldılıb. Belə olan halda pedaqoji internaturaya təlabat meydana çıxır. Pedaqoji internatura – ali pedaqoji təhsil müəssisələrinin nəzəri biliklərinin və praktik vərdişlərinin təkmilləşdirilməsi, müəllimlik peşəsi üzrə internlərin müstəqil  fəaliyyətə hazırlanması səviyyəsinin yüksəldilməsi məqsədilə diplomdansonrakı peşə təhsilidir. İnkişaf etmiş xarici ölkələrdə pedaqoji təhsili olan insanların müəllimlik fəaliyyətinə başlaması üçün onlar internaturadan keçərək müəllim işləmək üçün lisenziya alırlar. Bizdə də bu sistemin tətbiq edilməsi nəzərdə tutulur”.
Qeyd edək ki, Dünya Bankı ilə Təhsil Nazirliyinin birgə sifarişi ilə Təhsil Problemləri İnstitutunda pedaqoji internatura sistemin yaradılması ilə bağlı tədqiqat aparılıb. Tədqiqata rəhbərlik edən A.Abbasovun sözlərinə görə, pedaqoji internatura təhsilinin müddətinin 1 il olması nəzərdə tutulur.Hazırkisistemlə ali təhsil alan tələbələrin əlavə 1 və ya 2 il internaturaya cəlb olunması təhsil müddətinin 7-8 ilədək uzanmasına gətirib çıxara bilər. Bu isə müəllim hazırlığı üçün çox uzun vaxtdır. Ona görə də mən təklif edirəm ki, yeni sistemin tətbiq edilməsi üçün ali təhsil müddəti azaldılsın. Yəni, bakalavr təhsili 3 il, magistratura 1 il və internatura da 1 il olsun. Bu halda 5 ilə tam ixtisaslı müəllimlərin hazırlanması və işə cəlb edilməsinə nail olmaq olar”.

понедельник, 3 февраля 2014 г.

Qəbul imtahanlarının vaxtı dəyişdirildi

9-cu sinifi bitirənlər iki fəndən imtahan verəcəklər.Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) 2014-cü ilin qəbul imtahanlarının keçirilmə vaxtlarında müəyyən dəyişikliklər edib.Oxu.Az APA-ya istinadən xəbər verir ki, komissiyanın mətbuat xidmətindən verilən xəbərə görə, əvvəlki illərin məzunları üçün qəbul imtahanları may ayında keçiriləcək.Bu ilin məzunları (yəni tam orta məktəbi 2014-cü ildə bitirənlər) isə qəbul imtahanlarını əvvəlki illərdə olduğu kimi, iyul ayında verəcəklər.
Ali təhsil müəssisələrini 2014-cü ildə bitirib ikinci ali təhsil almaq istəyən məzunlar, həmçinin orta ixtisas təhsil müəssisələrini bu il bitirib ali təhsil almaq istəyən məzunlar üçün qəbul imtahanları isə iyul ayında keçiriləcək. Həm əvvəlki illərin, həm də bu ilin məzunları üçün ixtisas seçimi və müsabiqə eyni vaxtda - ali təhsil müəssisələrinə bütün qəbul imtahanları başa çatdıqdan sonra keçiriləcək.Digər nəzərdə tutulan dəyişiklik ümumi orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinə (kolleclərə) yerləşdirmənin ümumi (9 illik) təhsil bazası üzrə buraxılış imtahanlarının nəticələri əsasında aparılması ilə əlaqədardır.Bu imtahan 9-cu sinfi bu il bitirən şagirdlərə şəhadətnamələrin verilməsi üçün əsas olmaqla yanaşı, həm də həmin şagirdlər arasından kolleclərə qəbul olmaq istəyənlər üçün qəbul imtahanı rolunu oynayacaq.Onlar imtahanı 2 fəndən - ana dili və riyaziyyatdan verəcəklər. Beləliklə, 2014-cü ildə 9 illik təhsil bazası üzrə kolleclərə həmin ilin məzunları üçün ayrıca qəbul imtahanı keçirilməyəcək. Orta ixtisas təhsili müəssisələrinə 9 illik təhsil bazasında ayrıca imtahan yalnız əvvəlki illərin məzunları üçün həyata keçiriləcək.Bu imtahanda da abituriyentlərin ana dili və riyaziyyat fənləri üzrə bilikləri yoxlanacaq. Həmin imtahanın iyunun sonunda keçirilməsi nəzərdə tutulur. www.oxu.az

TQDK

 Magistratura proqramlarına sənəd vermək istəyənlərin nəzərinə! ADA Universitetində “Açıq Qapı” günü keçiriləcəkdir.
      
     ADA Universiteti magistratura proqramlarına sənəd qəbulunu davam etdirir. ADA-nın magistratura proqramları ilə maraqlananlar 7 fevral 2014-cü ildə saat 15:00-da keçiriləcək “Açıq Qapı” gününə dəvət olunurlar. Açıq Qapı günündə Akademik İşlər üzrə prorektor və Dekanlar iştirak edəcəklər. Tədbirdə diplomatiya və beynəlxalq münasibətlər, ictimai siyasət, biznesin idarəedilməsi (MBA) üzrə magistratura proqramları və qəbul qaydaları haqqında məlumat veriləcəkdir. İştirak etmək istəyənlər admissions@ada.edu.az və yaxud 437 08 30 telefon nömrəsi vasitəsilə qeydiyyatdan keçə bilərlər. 

Qeyd: tədbir ingilis dilində keçiriləcəkdir.

Azərbaycan Respublikası Təhsil Nazirliyi

Təhsil Nazirliyi tərəfindən ali təhsil sahəsində həyata keçiriləcək islahatların əsas prioritetləri
   
    Azərbaycan Respublikasının Təhsil Nazirliyi “Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası”nda müəyyən edilmiş əsas hədəflərin həyata keçirilməsi ilə bağlı ictimaiyyəti məlumatlandırmaq məqsədi ilə təhsilin bütün pillələri üzrə hər növbəti il üçün prioritetlərini əvvəlcədən elan etmək siyasətini həyata keçirir. Keçən ilin sonunda Nazirlik ümumi təhsil pilləsində aktual problemlərin həllinə istiqamətlənmiş islahatyönlü tədbirlər planını açıqlamışdır.

Bu istiqamətdə növbəti addım olaraq, ali təhsildə həyata keçirilməsi nəzərdə tutulan tədbirlər planı hazırlanmışdır. Sözügedən tədbirlərin keçirilməsində əsas məqsəd ali təhsil müəssisələrində şəffaf və səmərəli təhsil mühitinin yaradılması, təhsilin keyfiyyətinin yüksəldilməsi və ali məktəblərin idarə olunmasının müasir tələblər səviyyəsində qurulmasıdır.

Bu məqsədlə Təhsil Nazirliyi növbəti tədris ilində aşağıdakı tədbirlərin həyata keçirilməsini nəzərdə tutur:

                                                                   Davamini burdan oxu

суббота, 1 февраля 2014 г.

                                                        Azərbaycan Respublikası Nazirlər Kabinetinin 
                                                                                           2013-cü il 24 dekabr tarixli 
                                                                                          348 nömrəli qərarı ilə təsdiq edilib 

Ali təhsil müəssisələrinin bakalavriat və magistratura səviyyələrində kredit sistemi ilə tədrisin təşkili 
QAYDALARI

1. Ümumi müddəalar

1.1. Bu Qaydalar "Təhsil haqqında" Azərbaycan Respublikasının Qanununa, Azərbaycan Respublikası
Prezidentinin 2009-cu il 22 may tarixli 295 nömrəli Sərəncamı ilə təsdiq edilmiş "2009-2013-cü illərdə Azərbaycan
Respublikasının ali təhsil sistemində islahatlar üzrə Dövlət Proqramı"nın həyata keçirilməsi üzrə Tədbirlər Planına,
Azərbaycan Respublikası Nazirlər Kabinetinin müvafiq qərarları ilə təsdiq edilmiş "Ali təhsil pilləsinin dövlət standartı və
proqramı"na, "Bakalavriat təhsilinin məzmunu və təşkili Qaydaları"na, "Magistratura təhsilinin məzmunu, təşkili və
"magistr" dərəcələrinin verilməsi Qaydaları"na və Avropa Kredit Transfer Sisteminə uyğun olaraq hazırlanmışdır.
1.2. Bu Qaydalar tabeliyindən, mülkiyyət növündən və təşkilati-hüquqi formasından asılı olmayaraq, Azərbaycan
Respublikasının ərazisində fəaliyyət göstərən bütün ali təhsil müəssisələrinə şamil edilir.
1.3. Kredit sistemi əsasında təşkil olunmuş tədris prosesinin xüsusiyyətləri aşağıdakılardan ibarətdir:
1.3.1. hər bir təhsilalanın (bundan sonra - tələbənin) fərdi tədris planının olması və onların bu planın tərtib
edilməsində iştirak etməsi;
1.3.2. ali təhsil müəssisəsinin tədris planlarına uyğun olaraq, tədris fənlərinin, semestrlər üzrə kreditlərin
miqdarının, təhsilverənlərin və akademik məsləhətçilərin (tyutorların) seçiminin sərbəstliyinin təmin edilməsi;
1.3.3. təhsil prosesinə akademik məsləhətçilərin (tyutorların) cəlb olunması;
1.3.4. tələbəyə sərbəst iş üçün şəraitin yaradılması;
1.3.5. biliyin qiymətləndirilməsində çoxballı sistemin tətbiq edilməsi;
1.3.6. hər semestrdə tədris qruplarının fənlər üzrə formalaşdırılması;
1.3.7. hər bir fənn üzrə ayrıca jurnalın tərtib edilməsi;
1.3.8. tələbə və təhsilverənlərin mobilliyinin təmin olunması;
1.3.9. təhsilalma müddətinin tələbənin nailiyyətindən asılı olması (xüsusi təyinatlı ali təhsil müəssisələri istisna
olmaqla);
1.3.10. fakültələrin, kafedraların, ixtisasların, fənlərin, müəllimlərin və tələbələrin kodlaşdırılması.
1.4. Ali təhsil müəssisəsi tələbələri kredit sisteminin təşkili qaydaları ilə tanış etməli və təhsil müddətində tələbəyə
tədris planında nəzərdə tutulmuş krediti qazanmasına şərait yaratmalıdır.
1.5. Ali təhsil müəssisələrində kredit sistemi ilə tədrisin təşkili müvafiq qurumlar (tədris hissəsi, qeydiyyat,
qiymətləndirmə, monitorinq bölmələri) tərəfindən tənzimlənir.
1.6. Bu Qaydalar ali təhsilin əyani və qiyabi təhsilalma formalarına şamil edilir.
1.7. Bu Qaydaların icrası ilə bağlı tələb olunan xərclərin maliyyələşdirilməsi dövlət sifarişi ilə təhsil alan tələbələrə
görə ali təhsil müəssisələrinə dövlət büdcəsindən ayrılan vəsaitlər, habelə həmin müəssisələr tərəfindən ödənişli
təhsildən, sahibkarlıq fəaliyyətindən və qanunvericiliyə uyğun olaraq həyata keçirilən digər fəaliyyətlərdən əldə olunan
vəsaitlər hesabına təmin edilir.
Yanvarın 30-da Təhsil Nazirliyində ali və orta ixtisas təhsili müəssisələrində 2013-2014-cü tədris ilinin payız semestrinin imtahan sessiyasının gedişinə və Təhsil Nazirliyinin “Qaynar xətt” xidmətinin fəaliyyətinə həsr olunmuş mətbuat konfransı keçirilib.

Tədbirdə Təhsil Nazirliyinin Elm və ali təhsil şöbəsinin müdir müavini Yaqub Piriyev, İnformasiya şöbəsinin müdir müavini Cəsarət Valehov, Bakı Dövlət Universitetinin prorektoru İradə Əliyeva, Azərbaycan Dövlət İqtisad Universitetinin prorektoru Daməd Bağırov, Azərbaycan Tibb Universitetinin prorektoru Nəsimi Qasımov, Bakı Slavyan Universitetinin prorektoru Asəf Hacıyev, Azərbaycan Dovlət Pedaqoji Universitetinin prorektoru Malik Cəbrayılov və Azərbaycan Texniki Universitetinin prorektoru Xaliq Yaqubov media nümayəndələrinin suallarını cavablandırıblar.

Təhsil Nazirliyinin İnformasiya şöbəsinin müdir müavini Cəsarət Valehov media nümayəndələrini salamlayaraq müvafiq mətbuat konfranslarının mütəmadi olaraq keçiriləcəyini bildirib. Şöbə müdirinin müavini təhsil naziri Mikayıl Cabbarovun “İmtahan sessiyasının təşkili və keçirilməsi barədə” əmrinə uyğun olaraq, imtahan sessiyalarının gedişi və “Qaynat xətt” xidmətinin fəaliyyəti haqqında KİV-ə müntəzəm informasiya veriləcəyini söyləyib.

Təhsil Nazirliyinin Elm və ali təhsil şöbəsinin müdir müavini Yaqub Piriyev bildirib ki, qış imtahan sessiyası dövründə nazirliyin tabeliyində olan ali təhsil müəssisələrində 94825, digər dövlət qurumlarının tabeliyində olan ali təhsil müəssisələrində 20567, özəl ali məktəblərdə 19127 tələbə imtahan verib.

Qeyd edilib ki, ötən il dekabrın 25-dən bu günədək Təhsil Nazirliyinin “Qaynar xətt” xidmətinə müxtəlif məsələlərlə bağlı 2789 zəng daxil olub. Bunlardan 20-si qiş imtahan sessiyası ilə əlaqədardır. Daxil olan zənglər əsasında müvafiq araşdırmalar aparılıb və qaldırılan problemlər operativ həllini tapıb.

“Qaynar xətt” xidmətinə daxil olan zənglərin bir hissəsinin diplomların gecikdirilməsi ilə bağlı olduğu nəzərə çatdırılıb. Bu problem 2014-cü ildə birdəfəlik həll olunacaq. Belə ki, ali məktəblərin Təhsil Nazirliyində yaradılmış müvafiq quruma son kursun payız imtahan sessiyasını uğurla başa vuran tələbələr haqqında təqdim edəcəyi məlumatlar əsasında diplomlar hazırlanacaq. Ali Attestasiya Komissiyasının razılığından sonra diplomlar dərhal ali təhsil müəssisələrinə veriləcək.

Nazirlik rəsmiləri onu da vurğulayıblar ki, diplomların verilməsi zamanı heç bir rüsum ödənişi nəzərdə tutulmayıb.

Sonra ali məktəblərin nümayəndələri media təmsilçilərini maraqlandıran çoxsaylı sualları cavablandırıblar.

понедельник, 27 января 2014 г.

Ənənəvi təlimdən uzaqlaşarkən daha cəsarətli olaq!                                                   
        Bu cəsarəti bizdən yaşadığımız cəmiyyət,qloballaşan dünyamız tələb edir.Buna baxmayaraq Azərbaycan cəmiyyətində ənənəvi təlimdən uzaqlaşmaq məsələsi hələ də birmənalı qarşılanmır. Bəziləri ənənəvi təlimdən imtina edildiyinə cox təəssüflə yanaşır,bəziləri ənənəvi təlimin bəzi məqamlarını saxlamagı və fəal təlimdə yeri gəldikcə istifadə etməyi daha məqsədəuyğun hesab edir,bəziləri isə haqlı olaraq,(təbii ki, fəal təlimdən mütəmadi istifadə edənlər  və bu zaman əldə olunmuş nəticələri  təhlil edən, araşdıran  hər kəs)ənənəvi təlimdən tamamilə uzaqlaşmağı daha düzgün hesab edir.Üçüncülərin fikri doğrudan da təqdirə layiqdir! Bəlkə də zamanında ənənəvi təlim təhsil prosesində doğrudan da yararlı olub və cəmiyyətin təhsil qarşısında qoyduğu tələbləri ödəyib.Amma müasir dünyamızın tələbləri və istəkləri  tamamilə başqadır.Bugünkü vətəndaşın qarşısında qoyulan tələblər və təkliflər 20 il bundan əvvəlki vətəndaşın qarşısında qoyulmurdu.Müasir dövrün tələb və təkliflərini ödəmək üçün daha bacarıqlı,iti təfəkkürə malik, ozünə yol açmağı bacaran şəxsiyyət tələb olunur. Bu gün məktəbə gələn şagird bilik və bacarıqlarını inkişaf etdirməli və təlim prosesində şəxsiyyət olaraq təzahür etməlidir.Bu fəal təlimin bu gün məktəb qarşısında qoyduğu ən vacib şərtlərdəndir. Bugünkü müəllimin qarşıya qoyduğu bütün məqsədlər bu şərti reallaşdırmağa yönəlməlidir.Bunun üçün də müəllim təlim prosesinə daha cəsarətlə yanaşmalı,özünü müəyyən çərçivədə hiss etməməli,bu prosesdə - mən sadəcə faslitatoram,-  deyə imkanlarını məhdudlaşdırmamalı,əksinə, təlim prosesində bütün potensial imkanlarından istifadə edərək yaradıcı bir şəxs kimi təzahür etməlidir. Fəal təlim müəllim qarşısındakı bütün sədləri və çərçivələri götürsə də,bəzi hallarda müəllim şəxsiyyətini arxa plana çəkmək meylləri də vardır.Əslində isə fəal təlimdə müəllimin təşəbbüskarlığı və fərdi nümunəviliyi,müəllimin probləmə yaradıcı yanaşması xüsusi şərt hesab edilir.Müəllim öz təşəbbüs və qənaətlərini şagirdlərin fikir və fəaliyyətləri ilə birləşdirdikdə, tədrisi interaktiv səmtə istiqamətləndirdikdə təlimin səmərəsi daha üstün olar.
         Göründüyü kimi fəal təlim öz əlamətdar keyfiyyətləri ilə təlimdə və tərbiyədə müəyyənləşdirilmiş məqsədi ön plana çəkməklə ənənəvi təlimdən fərqlənir.Fəal təlim məqsədin nəticəyə istiqamətlənən yoluna da işıq saçır.
      Bu gün fəal təlimin tətbiqi o baxımdan da təqdirə layiq hesab edilə bilər ki,burada məqsədin qoyuluşu və dəqiqliyi mütləq nəzərə alınır və tədrisdə məqsəd ciddi şəkildə təlimin və tərbiyənin bütün mərhələlərinə yönəldilir.Fəal təlimdə məqsəd elə qoyulmalıdır ki,yüksək nəticənin əldə olunmacağına təminat versin və nəticə müvafiq şəkildə qiymətləndirilsin.
       Beləliklə,fəal təlim metodlarının təlim və tərbiyəyə tətbiq edilməsi sözsüz ki,şagirdlərin fərdi qabiliyyətlərinin,idrakı inkişaflarının formalaşmasında,onların interaktiv fəaliyyətə alışmasında müstəsna mahiyyət daşıması danılmaz həqiqətdir. Təlim və tərbiyədə fəal təlim metodlarından istifadənin üstün olması şagirdlərin bir şəxsiyyət kimi özlərini dərk etmələrinə ,doğma vətənlərinin layiqli övladları kimi böyümələrinə həlledici istiqamət verir.